hia.az

Nazir videoları ilə məşhurlaşan müəllimlə görüşdü

257 dəfə baxılıb 2-03-2022, 14:11

Nazir videoları ilə məşhurlaşan müəllimlə görüşdü

Lənkərana səfər edən təhsil naziri Emin Əmrullayev rayonun ucqar Jidi dağ kənd məktəbinə baş çəkib.

Təhsil Nazirliyindən verilən məlumata görə, nazir son dövrdə sosial şəbəkələrdə fərqli ideyaları ilə tanınan, şagirdləri ilə səmimi ünsiyyət yaradaraq onların sevimlisinə çevrilən ucqar dağ kənd məktəbinin müəllimi Leyla Qarazadə ilə də görüşüb, onunla söhbət apararaq fəaliyyətində uğurlar arzulayıb.

Leyla Qarazadə də öz növbəsində şagirdləri ilə ünsiyyətindən, onlarla birgə yaratdığı fərqli ideyalardan danışıb və ona göstərilən diqqət üçün təşəkkür edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi