hia.az

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

10 dəfə baxılıb Dünən, 14:40

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib.

Bunu Milli Məclisin gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov komitənin bugünkü iclasında deyib.

Onun fikrincə, Azərbaycanda bu təşkilatların mövcudluğu hiss edilmir:

"Bu sahədə durğunluq yaşanır. Əvvəllər gənclərin inkişafı üçün çoxlu layihələr, faydalı tədbirlər, görüşlər, səfərlər təşkil olunurdu. Düşünürəm ki, həmin təşkilatlarla parlamentdə görüşlərin təşkili önəmlidir. Onlarla ünsiyyət quraq, dinləyək. Bəlkə də elə məsələlər var, biz onlara kömək edə bilərik. Bəzi qurumlar var ki, onların da köməyi ilə bu sahəni canlandıra bilərik".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi