hia.az

Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub

0 dəfə baxılıb Bu gün, 16:49

Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Afrika Respublikasının xarici işlər, Frankofoniya və Xaricdəki Mərkəzi Afrikalılar naziri Silvi Baipo-Temon ilə görüşüb.

Bu barədə XİN-in “X” hesabında bildirilib.

Görüşdə Azərbaycan–Mərkəzi Afrika Respublikası ikitərəfli münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan tərəfinin Afrika dövlətləri ilə əlaqələrin gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsinə verdiyi strateji əhəmiyyət vurğulanıb.

Həmçinin BMT, Afrika İttifaqı və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Nazirlər Mərkəzi Afrika Respublikasından olan tələbələrin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün yaradılmış Azərbaycanın təhsil təqaüdü proqramlarından yararlanmasını məmnunluqla qeyd ediblər.

Yeni diplomatik münasibətlərin rəsmiləşdirilməsi məqsədilə nazirlər “Azərbaycan Respublikası ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlərin yaradılması haqqında Birgə Kommunikeni” imzalayıblar.

Qeyd olunub ki, bu tarixi sənəd iki ölkə arasında münasibətlərdə yeni səhifə açır və qarşıdakı illərdə ikitərəfli əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin yaradır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi