hia.az

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib

28 dəfə baxılıb 3-07-2026, 13:54

Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib


Azərbaycan nümayəndə heyəti İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib.

Azərbaycan nümayəndə heyəti bir qədər əvvəl Tehrana çatıb, onları hava limanında İran rəsmiləri qarşılayıb.

Qeyd edək ki, nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir.

Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.

Əli Xameneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.

Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi