hia.az

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

46 dəfə baxılıb 1-08-2025, 17:05

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 28 avqust tarixində İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə nazirlik məlumat yayıb.

Qəbulda İsmayıllı, Ağsu, Şamaxı və Qobustan sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 18 avqust (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.

Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪+994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi