hia.az

Gəncədə Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib

67 dəfə baxılıb 5-07-2025, 16:00



Aşura günü münasibətilə Gəncə şəhərində yerləşən “İmamzadə” dini kompleksində könüllü qanvermə aksiyası təşkil olunub. Humanist dəyərlərin təcəssümü olan bu tədbir səhər saatlarından başlayaraq gün ərzində davam edir.

Aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qanvermə prosesi tibb mütəxəssislərinin nəzarəti altında həyata keçirilib. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılıb və tibbi müayinədən sonra qan qəbul olunub. Toplanan qan ehtiyatı yoxlanıldıqdan sonra talassemiya, hemofiliya və leykoz kimi ağır qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə ediləcək.

Qeyd edək ki, bu kimi aksiyalar həm dini-mənəvi dəyərlərin, həm də ictimai həmrəyliyin güclənməsinə töhfə verir.





@Patriot News.az


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi