hia.az

Çilili idmançı: "Rafael Fiziyevlə döyüşümüz baxımlı alınacaq"

60 dəfə baxılıb 18-06-2025, 11:05

Çilili idmançı: "Rafael Fiziyevlə döyüşümüz baxımlı alınacaq"

Çilili MMA döyüşçüsü İqnasio Bahamondes Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ilə bağlı fikirlərini bölüşüb.

O, mətbuat konfransında yarışa hazır olduğunu söyləyib.

İdmançı azərbaycanlı rəqibi Rafael Fiziyev haqqında da danışıb:

"Onun qarşılaşmalarına baxmışam. Bizi baxımlı döyüş gözləyir. Bu rəqiblə görüşəcəyim üçün şadam. Döyüşün ayaq üstə olacağını gözləyirəm. Güləşmək də mənim üçün problem deyil. Zəif cəhətlər haqqında danışmaq istəmirəm. Məncə, Fiziyevdən daha yaxşıyam. Azarkeşlərə üç raunddan ibarət şou göstərmək istəyirəm".

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi