hia.az
hia.az

Respublika Fənn Olimpiadalarının yarımfinal turu keçirilib

56 dəfə baxılıb 24-02-2025, 11:00

Respublika Fənn Olimpiadalarının yarımfinal turu keçirilib

Dünən – bazar günü Respublika Fənn Olimpiadalarının yarımfinal turu keçirilib.

Bu barədə Təhsil İnstitutu məlumat yayıb, 

Yarımfinal turu riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənni daxil olmaqla 7 fənn üzrə təşkil olunub.

Ümumilikdə 14.347 şagird yarımfinal turunda iştirak etmək hüququ qazanıb.

Respublika Fənn Olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi