hia.az
hia.az

Ceyhun Bayramov Hakan Fidanla nələri müzakirə edib?

40 dəfə baxılıb 31-07-2023, 17:31

Ceyhun Bayramov Hakan Fidanla nələri müzakirə edib?

Xəbər veriyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfəri çərçivəsində xarici işlər naziri Hakan Fidanla görüşüb.

XİN-dən verilən məlumata görə, Ceyhun Bayramov və Hakan Fidan arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Geniştərkibli görüşdə Azərbaycan və Türkiyə arasında çoxşaxəli ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov qardaş Türkiyə ilə müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, hərbi, müdafiə sənayesi, enerji təhlükəsizliyi, investisiyalar, humanitar, təhsil, mədəniyyət və s. sahələr üzrə münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu qeyd edərək, dostluq, qardaşlıq, qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan müttəfiqlik əlaqələrimizin bölgədə sabitliyin qorunmasında vacib rol oynadığını diqqətə çatdırıb.

Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın sülh gündəliyinin 3 istiqaməti olan sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması sahələrində apardığı fəaliyyəti, habelə Ermənistanın mövcud sülh gündəliyinin irəlilədilməsinə hədə törədən təxribatları barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Ermənistanın destruktiv mövqeyi və addımlarına baxmayaraq, Azərbaycanın sülh gündəliyini irəli aparmaq əzmində və niyyətində olduğu diqqətə çatdırılıb. Bu xüsusda, bölgədə bütün kommunikasiyaların açılması istiqamətində görülən işlərin əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov, bağlantıların bərpasının Azərbaycan və Türkiyə arasında əməkdaşlığı daha da gücləndirəcəyinə dair inam ifadə edib.

Türkiyə xarici işlər naziri Hakan Fidan ortaq tarixə, mədəniyyətə və dəyərlərə sahib ölkələrimiz arasında mövcud münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. İki ölkənin ən çətin günlərdə daim bir-birini dəstəkləməsinin qardaşlığımızın yalnız sözdə deyil, əməldə də öz təsdiqini tapmasının göstəricisi olduğu bildirilib.
Azərbaycan tərəfindən bölgədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin, o cümlədən sülh gündəliyinin irəlilədilməsi istiqamətində görülən işlərin bölgədə davamlı sülhün bərqərar edilməsində mühüm rol oynadığı vurğulanıb.

Görüş zamanı, eyni zamanda beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Orta Asiya ölkələri ilə üçtərəfli və dördtərəfli formatlar çərçivəsində birgə tədbirlərin, eləcə də digər çoxtərəfli təşəbbüslərin daha da genişləndirilməsinin əhəmiyyəti nazirlər tərəfindən vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi