hia.az
hia.az

Hulusi Akardan Əfqanıstanla bağlı AÇIQLAMA

287 dəfə baxılıb 14-07-2021, 15:36

[medium]https://axin.az/uploads/posts/2021-07/1626177808_afganistan-havaalani_4006.jpg[/medium]


Türkiyə milli müdafiə naziri Hulusi Akar Əfqanıstanda Kabul Hava limanının istismarı üçün danışıqların davam etdiyini bildirib.

“TRT Haber” məlumat verir ki, Akar müzakirələrin Türkiyənin istədiyi kimi müsbət və konstruktiv şəkildə irəlilədiyini vurğulayıb.

“Əfqan qardaşlarımızın dincliyini və təhlükəsizliyini istəyirik... Əgər hava limanı bağlanarsa, bütün Aİ, NATO üzvləri və digər ölkələr oradakı diplomatik nümayəndəliklərini geri çəkməli olacaqlar. Çünki təhlükəsizlik, rabitə və nəqliyyat olmadan orada qala bilməzlər. Əks təqdirdə ora təcrid olunmuş bir dövlətə çevriləcək. Bu, qəbuledilməzdir”, - deyə türkiyəli nazir qeyd edib.
Türkiyənin 20 ildir Əfqanıstanda heç bir döyüş tapşırığı yerinə yetirmədiyini vurğulayan Akar deyib ki, Kabil Hava limanı səhiyyə, təlim və logistika baxımından bölgədə əhəmiyyətli bir qapıdır.

Akar həmçinin bildirib ki, “Taliban” təsir dairəsini tədricən genişləndirir və biz bu hadisələri izləyirik:

“Özbəkistan və Tacikistanın sərhəd təhlükəsizliyi vacibdir. Əgər oradan köç baş verərsə, bu tərəfə gəlmə ehtimalı yüksəkdir. NATO-nun 360 dərəcə nəzəriyyəsi çərçivəsində işimizi davam etdiririk. Heç bir problem yoxdur”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi