hia.az
hia.az

Sabah leysan yağacaq, dolu düşəcək

57 dəfə baxılıb 19-09-2024, 12:00

Sabah leysan yağacaq, dolu düşəcək


Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb,

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi