hia.az
hia.az

Hər iki komandamız Qazaxıstana qarşı

4 dəfə baxılıb Dünən, 09:43

Hər iki komandamız Qazaxıstana qarşı

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında Qazaxıstanla üz-üzə gələcəklər.

Hər iki görüş VII turda baş tutacaq.

6 turdan sonra 10 xal toplayan qadınlardan ibarət komanda 10-cu yerdədir. Hindistan 12 xalla liderdir. Gürcüstan və Polşanın hərəyə 11 xalı var. Milli daha öncə Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina və Ukrayna ilə heç-heçə edib – 2:2.

Kişilərdən ibarət seçmə isə 8 xalla 22-cidir. Komanda Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub. Burada da Hindistan 12 xalla liderdir. Çin və Vyetnamın hərəyə 11 xalı var.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi