hia.az
hia.az

Azərbaycan müxalifəti: Mitinqlərin keçirilməsi gündəmdə deyil

526 dəfə baxılıb 20-10-2016, 15:22

Azərbaycan müxalifəti: Mitinqlərin keçirilməsi gündəmdə deyilHazırda Müsavat Partiyasının mitinq keçirməklə bağlı qərarı yoxdur.

parlamentinsesi.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.

O bilidirib ki, aksiyaların keçirilməsi ilə bağlı partiyanın iclaslarında ilkin müzakirələr aparılıb:

“Noyabrın əvvələrində mitinqlərə başlamaqla bağlı fikirlər vardı. Sonradan müzakirələri daha geniş çərçivədə aparmaq, rayon təşkilatlarını gücləndirmək qərarına gəldik. Bu məsələ bir daha müzakirə olunacaq”.

Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı açıqlamasında deyib ki, hazırda mitinqlərin keçirilməsi planlaşdırılmır.

O qeyd edib ki, mitinqlərin keçirilməsi üçün Milli Şura qərar verməlidir:

“Mitinqlərin keçirilməsi gündəmdə deyil. Əslində, etiraz aksiyalarının keçirilməsi ilə bağlı qərar hər an verilə bilər. Yəni, bu, mövcud vəziyyətdən asılıdır”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi