hia.az

Prezidentin adından yayılan saxta məlumatla bağlı - “Meta”ya çağırış

35 dəfə baxılıb 22-01-2026, 16:33

Prezidentin adından yayılan saxta məlumatla bağlı - “Meta”ya çağırış


“Facebook” sosial şəbəkə platformasındakı bir sıra hesablarda Azərbaycan Prezidentinin adından “deepfake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlama yayılıb.

Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Qeyd olunub ki, süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi vətəndaşların fərdi məlumatlarını ələ keçirərək onlara maddi ziyan vurmaq məqsədi daşıyır:

“Son zamanlar oxşar məzmunlu kiberdələduzluq hallarına “Facebook” platformasında tez-tez rast gəlinir. Bununla əlaqədər olaraq “Facebook” platformasının sahibi “Meta” şirkətini zərərli məzmunu aradan qaldırmaq üçün operativ tədbirlər görməyə çağırırıq.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deepfake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi