hia.az
hia.az

Məhkəmə Dudayev haqqında söylədiyi fikirlərə görə Alla Puqaçovaya qarşı açılan iddianı rədd edib

18 dəfə baxılıb 24-09-2025, 15:07

Məhkəmə Dudayev haqqında söylədiyi fikirlərə görə Alla Puqaçovaya qarşı açılan iddianı rədd edib

Moskvanın Savelovski Rayon Məhkəməsi Rusiyanın xalq artisti, tanınmış estrada müğənnisi Alla Puqaçovaya qarşı tanınmamış İçkeriya Respublikanın prezidenti olmuş Cövhər Dudayev haqqında söylədiyi ifadələrlə bağlı iddianı rədd edib.

APA-nın Moskva bürosu TASS-a istinadən xəbər verir ki, məhkəmə vəkil və müharibə veteranı Aleksandr Treşçevin Dudayev haqqında söylədiyi fikirlərə görə müğənni Alla Puqaçovaya qarşı iddiasını rədd edib.

Treşçev məhkəmədən cavabdeh tərəfindən yayılan məlumatın həqiqətə uyğun olmadığını və Rusiya vətəndaşı, döyüş veteranı və ölkəsinin vətənpərvəri kimi iddiaçıya böhtan atıldığının tanınmasını, həmçinin cavabdehdən təkzib verməsini və mənəvi ziyana görə kompensasiya ödənilməsini istəyib.

Treşçev Baş Prokurorluğa və İstintaq Komitəsinə Rusiya Cinayət Məcəlləsinin 205.2-ci (terror fəaliyyətinə açıq çağırışlar) maddəsi ilə mümkün pozuntulara görə Puqaçovanın müsahibəsi ilə bağlı araşdırma aparılmasını xahiş edib.
Mümkün araşdırmaya qədər onun Rusiya Müəlliflər Cəmiyyətindəki hesablarının dondurulması tələbi də irəli sürülüb.

Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan sonra 2022-ci ilin yazında Puqaçova ailəsi ilə birlikdə Rusiyadan İsrailə köçüb. Onun həyata yoldaşı Maksim Qalkin Ukrayna ilə müharibənin əleyhinə fikirlər səsləndirdiyinə görə Rusiyada xarici agent kimi tanınıb. Bir müddət əvvəl Puqaçova "Skaji Qordeyevoy" youtube kanalına 3 saat yarımlıq müsahibə verib. Həmin müsahibədə rusiyalı müğənni Dudayevi ləyaqətli və şərəfli bir insan kimi tanıdığını, onun ölümünün qarşısını ala bilmədiyindən təəssüfləndiyini bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi