hia.az
hia.az

Elmir Qəhrəmanov həbs olundu - Foto

40 dəfə baxılıb 14-02-2025, 08:51

Elmir Qəhrəmanov həbs olundu - Foto

Azərbaycanda tanınmış müğənni Elmir Qəhrəmanov həbs olunub.

Elmir məhkəmənin qərarı ilə 1 il 6 ay azadlıqdan məhrum edilib.

O, təxminən bir il öncə azadlığa çıxsa da, eyni cinayət əməlini (Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələri əldə etmə tövsifini) cəmi 5 ay sonra təkrarlayıb. Məhkəmə onu işə baxılana kimi zaminə buraxıb, lakin proses uzun çəkdiyindən müğənni barəsində məhkəmənin yekun hökm qərarı bu qədər uzanıb.

Musiqi aləmində “Azərbaycanın İbrahim Tatlısəsi” kimi tanınan Elmirin yaxınlarının verdiyi məlumata görə sənətçi narkotik asılılığından əziyyət çəkdiyi üçün reablitasiya mərkəzlərindən birində müalicə aldıqdan sonra, bu pis vərdişdən tamamilə uzaqlaşıb. Onun barəsində indi həbs cəzasının verilməsi reablitasiya dövründən öncə törətdiyi cinayət əməlinə görədir.(Titul)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi