hia.az
hia.az

Azərbaycanla İsrailin iqtisadi əlaqələrinin perspektivləri müzakirə edilib

717 dəfə baxılıb 28-10-2019, 21:47

Azərbaycanla İsrailin iqtisadi əlaqələrinin perspektivləri müzakirə edilib

Azərbaycan və İsrail arasında iqtisadi əlaqələrin perspektivlərinə dair müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Mikayıl Cabbarov İsrailin Aliyah və İnteqrasiya (Absorbsiya) naziri Yoav Qalant və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və İsrail arasında müxtəlif sahələrdə strateji əməkdaşlıq məsələləri, həmçinin iki ölkə arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Görüş zamanı, həmçinin regional tərəfdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi