hia.az
hia.az

""Qarabağ" çətin rəqibdir" - "Molde"nin baş məşqçisi

142 dəfə baxılıb 2-09-2023, 14:32

""Qarabağ" çətin rəqibdir" - "Molde"nin baş məşqçisi


Komandamız qrupda Almaniyanın “Bayer”, Azərbaycanın “Qarabağ” və İsveçin “Haken” klubları ilə qarşılaşacaq. İkinci yer uğrunda mübarizə aparmaq ehtimalımız yüksəkdir.

Bu sözləri “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Norveçin “Molde” klubunun baş məşqçisi Erlinq Moe yerli mətbuata açıqlamasında deyib.

Püşkatmanın nəticəsini dəyərləndirən 53 yaşlı mütəxəssis “Qarabağ”ın ən az digər klublar qədər çətin rəqib olduğunu bildirib: “Azərbaycan təmsilçisini artıq neçə ildir tanıyıram. Əvvəllər bu klubun oyun səviyyəsinə daha yaxşı bələd idim. Bu gün isə “Qarabağ”ın nə qədər inkişaf etdiyini təsəvvür belə edə bilmirəm”.

O, “Bayer” komandasının qrupun favoriti olduğunu vurğulayıb: “Hər halda biz də bu mübarizənin içində olacağıq. Əminəm ki, bu oyunlar bizə yaxşı komanda olduğumuzu göstərmək imkanı verəcək”.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin oyunlarına sentyabrın 21-də start veriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi