hia.az
hia.az

Nigar Arpadarai Formula-1 Avropa Qran Prisinin adının dəyişdirilməsindən danışdı

583 dəfə baxılıb 3-10-2016, 15:49

Nigar Arpadarai Formula-1 Avropa Qran Prisinin adının dəyişdirilməsindən danışdıFormula-1 Avropa Qran Prisinin adını dəyişdirərək Formula-1 Azərbaycan Qran Prisi etmək nəzərdə tutulur.

parlamentinsesi.az xəbər verir ki, bunu jurnalistlərə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, bununla bağlı “Formula-1” rəhbərliyinə müraciət olunub:

“Formula-1” rəhbərliyindən hər hansı bir etiraz olmayıb. Ümid edirik ki, növbəti yarışlar Azərbaycan Qran Prisi adı altında keçiriləcək. Ölkəmizdə ilk dəfə keçirilən “Formula-1” yarışını Avropa Qran Prisi adlandırmaqda məqsədimiz Bakı yarışını bu idmanın ənənəvi mərkəzi və azarkeşləri ilə yaxınlaşdırmaq, eyni zamanda Bakı şəhərinin sahib olduğu bir çox Avropa dəyərlərini daha geniş beynəlxalq ictimaiyyətə çatdırmaq idi.

Müxtəlif ölkələrdən olan milyonlarla azarkeşin qarşısında paytaxtımızda ilk dəfə “Formula-1” yarışını uğurla keçirdikdən sonra biz hesab edirik ki, bu yarışın adını artıq öz ölkəmiz ilə əlaqələndirməyin tam vaxtıdır. İnanırıq ki, növbəti ildən etibarən Bakıda keçiriləcək yarış Formula-1 Azərbaycan Qran Prisi adlandırılacaq”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi