hia.az
hia.az

Borreldən Gürcüstandakı vəziyyətlə bağlı bəyanat vermək istənilib

48 dəfə baxılıb 13-05-2024, 14:15

Borreldən Gürcüstandakı vəziyyətlə bağlı bəyanat vermək istənilib

12 Avropa ölkəsinin xarici işlər nazirləri (XİN) Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borreli “xarici agentlər” haqqında qanun layihəsinə baxılarkən Gürcüstandakı vəziyyətlə bağlı təcili bəyanatla çıxış etməyə çağırıblar.

Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, İrlandiya, Latviya, Litva, Hollandiya, Polşa və İsveçin xarici işlər nazirləri Cozep Borrelə ​​müraciətində qeyd ediblər ki, Gürcüstanın sabahkı Avropa gələcəyini təmin etmək üçün bu gün birbaşa və aydın müraciət vacibdir.

Nazirlər hesab edirlər ki, “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin bu yaxınlarda etdiyi çıxışdan sonra məlum olub ki, Gürcüstan hökuməti dinc etirazçılara və etirazları işıqlandıran jurnalistlərə qarşı zorakılıq tətbiq etməklə demokratik Qərbdən və onun standartlarından uzaqlaşıb.

Qeyd edək ki, bu gün Tbilisidə polis “xarici agentlər” haqqında qanun layihəsinə qarşı keçirilən etraz aksiyasında 20 nəfəri saxlayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi