hia.az
hia.az

Millimiz Avropa çempionatında mübarizəyə başlayır

255 dəfə baxılıb 20-08-2021, 11:27

Millimiz Avropa çempionatında mübarizəyə başlayır
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında mübarizəyə başlayacaq.

Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı ilk sınağında Belçika yığması ilə qarşılaşacaq.

Serbiyanın paytaxtı Belqraddakı "Stark Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qarşılaşma İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Azərbaycan yığmasının heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova və Anastasiya Bayduk çıxış edəcəklər.

Millimizin A qrupundakı digər rəqibləri Serbiya, Rusiya, Fransa, Bosniya və Herseqovina yığmalarıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi