hia.az
hia.az

DÇ-2022: Bu gün qrup mərhələsində sonuncu tura start veriləcək - AFİŞA

82 dəfə baxılıb 29-11-2022, 11:49

DÇ-2022: Bu gün qrup mərhələsində sonuncu tura start veriləcək - AFİŞA


Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün sonuncu - 3-cü tura start veriləcək.

ilk olaraq A və B qruplarında mübarizə baş tutacaq.

A qrupunda 4 xalla ilk iki pilləni bölüşdürən Niderland ilə Ekvador yığmaları müvafiq olaraq, Qətər və Seneqalla qarşılaşacaq. Hər iki kollektivi pley-offa yüksəlmək üçün heç-heçə də qane edəcək. Ev sahiblərinin isə artıq qrupda qalması rəsmiləşib.

B qrupunda İran millisi ABŞ-la, İngiltərə seçməsi Uelsə qarşılaşacaq. Bu qrupda bütün komandaların 1/8 finala vəsiqə qazanmaq şansı davam edir.

DÇ-2022

Qrup mərhələsi, III tur

29 noyabr

A qrupu

19:00. Ekvador - Seneqal

Baş hakim: Kleman Türpen (Fransa)

“Xəlifə” stadionu

19:00. Niderland - Qətər

Baş hakim: Bakari Qassama (Qambiya)

“Əl Beyt” stadionu

B qrupu

23:00. İran - ABŞ

Baş hakim: Migel Mateu Laos (İspaniya)

“Al Tumama” stadionu

23:00. Uels - İngiltərə

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

“Əhməd ibn Əli” stadionu

Qeyd edək ki, daha əvvəl Fransa, Braziliya və Portuqaliya yığmaları pley-offa vəsiqəni təmin ediblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi