hia.az
hia.az

İçkiyə və qadınlara görə klublardan qovulan - “Neftçi”nin yeni baş məşqçisi

119 dəfə baxılıb 22-06-2022, 14:34

İçkiyə və qadınlara görə klublardan qovulan - “Neftçi”nin yeni baş məşqçisi


Uzun müddətli axtarışlardan sonra “Neftçi” nəhayət ki, baş məşqçi təyinatını gerçəkləşdirib. “Qafqazinfo” xəbər verir ki, Vitali Vernidub, Ertoğrul Sağlam və Viktor Qonçarenko kimi mütəxəssislərin adları hallansa da, klub rəhbərliyi sürpriz edərək rumıniyalı Laurentsiu Regekampfı posta gətirib.

İlk baxışdan onun karyerası uğurlu görünür. Məsələn, Buxarest “Styaua”sını UEFA Avropa Liqasında 1/8 finala qədər daşıyıb. İşlədiyi Asiya ölkələrinin klublarında da uğursuz olmayıb. Taktiki baxımdan da Rumıniyada xüsusi biliyə məxsus biri kimi tanınır.
İçkiyə və qadınlara görə klublardan qovulan - “Neftçi”nin yeni baş məşqçisi

Lakin Regekampf ölkəsində daha çox şəxsi həyatı ilə müzakirə olunub. Belə ki, çalışdırıcı Rumıniyanın ən tanınmış agentlərindən biri Ana Maria Prodanla evli olub. Ana Maria həm də menecerliyini ona həvalə edib. Güclü əlaqələri sayəsində də Prodan onu müxtəlif klublara aparıb və karyerasında rol oynayıb.
İçkiyə və qadınlara görə klublardan qovulan - “Neftçi”nin yeni baş məşqçisi

Lakin 2018-ci ildən cütlük arasında münasibətlər pisləşməyə başlayıb. Buna səbəb isə məşqçinin alkoqol aludəçisi olması və tez-tez qızlarla əyləncələr təşkil etməsi olur. O, Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vəsl” klubundan gecə əyləncələrinə görə qovulur.
İçkiyə və qadınlara görə klublardan qovulan - “Neftçi”nin yeni baş məşqçisi

Daha sonra Səudiyyə Ərəbistan “Əl Əhli” klubundan da bu hallara görə yolu ayrılır. Artıq Asiyada “iz qoyan” çalışdırıcı məcbur ölkəsinə qayıdır. “Universitatya” (Krayova) klubu ilə anlaşan məşqçinin sonradan rəhbərliklə münasibətləri korlanır. Krayova təmsilçisinin sahiblərindən biri olan Mihai Rotaru içkili halda görüntüləri yayılan çalışdırıcını klubdan qovmaq qərarına gəlir.

Hətta 2015/2017-ci illərdə “Styaua”da işləyərkən o bu cür əməllərinə görə Cici Bekali tərəfindən klubdan uzaqlaşdırılır. Lakin həmin vaxt xanımı onu bu əməllərindən çəkindirməyə çalışır.
İçkiyə və qadınlara görə klublardan qovulan - “Neftçi”nin yeni baş məşqçisi

Son 4 ildə çalışdığı bütün klublardan da eyni səbəbdən qovulur.

Nəhayət, bu problemlərdən sonra Ana Maria Prodan onunla ayrılmağa qərar verir. Rumıniya mediası Regekampfun hazırda ölkənin ən məşhur eskort fahişələrindən olan Corina Caciucla münasibətdə olduğnu iddia edib.
İçkiyə və qadınlara görə klublardan qovulan - “Neftçi”nin yeni baş məşqçisi

Qeyd olunur ki, Birləşmiş Ərəb Əmirliklərində, İngiltərədə, İtaliyada, Fransada və Almaniyada kifayət qədər məşhur olan Corina çalışdırıcının ad-sanından istifadə edir. Həmçinin onun maddi imkanlarından yararlanır. Nəticədə artıq Rumıniyada da məşqçiyə etimad göstərilmir. Son illərdə istər dünya, istərsə də, rumın mətbuatında Laurentsiu Regekampf haqqında onlarla xəbər dərc olunub. Həmin xəbərlərin çoxun onun içki aludəçisi və qadınlarla münasibətlərindən bəhs edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi