hia.az

"Qarabağ" UEFA Çempionlar Liqasındakı növbəti oyunlar üçün iştirak ərizəsində dəyişiklik edib

31 dəfə baxılıb 6-02-2026, 10:04

"Qarabağ" UEFA Çempionlar Liqasındakı növbəti oyunlar üçün iştirak ərizəsində dəyişiklik edib

UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" komandası ilə üz-üzə gələcək "Qarabağ" klubu iştirak ərizəsində dəyişiklik edib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Ağdam klubunun mətbuat xidmətindən bildirilib.

Kris Kuakunun adı iştirak ərizəsindən çıxarılıb. Onu Kadi Borges əvəzləyib.

"Köhlən atlar"ın yeni transferi Jeremi Qnali isə heyətdə yer almayıb.

"Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Xatırladaq ki, Kadi Borgesin adı noyabrda zədələndiyi üçün iştirak ərizəsindən çıxarılmışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi