hia.az

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi yeni futbolçu transfer edib

56 dəfə baxılıb 19-07-2025, 10:03

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi yeni futbolçu transfer edib

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində üz-üzə gələcəyi İrlaniyanın "Şelburn" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Bu barədə "qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.

Dublin təmsilçisi yarımmüdafiəçi Cek Henri Frensisi sıralarına cəlb edib. 21 yaşlı oyunçu İngiltərədə "Fulhem" və "Arsenal" klublarının akademiyalarında çıxış edib. O, son olaraq İrlandiyada "Slayqo" kollektivinin formasını geyinib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" - "Qarabağ" oyunu iyulun 23-də Dublindəki "Tolka Park" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Tərəflər arasında cavab matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi