hia.az

Avropa Liqası: "Sabah"ın I təsnifat mərhələsindəki rəqibi bu gün müəyyənləşəcək

52 dəfə baxılıb 17-06-2025, 08:19

Avropa Liqası: "Sabah"ın I təsnifat mərhələsindəki rəqibi bu gün müəyyənləşəcək

"Sabah" komandasının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.

Raundun püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Səpələnməmişlər səbətində yer alan paytaxt təmsilçisinin 8 potensial rəqibi var.

Bunlar Hapoel” (Beer-Şeva, İsrail), "Şaxtyor” (Donetsk, Ukrayna), “Partizan” (Serbiya), “Legiya” (Polşa), ÇFR (Kluj, Rumıniya), "Spartak" (Trnava, Slovakiya), "Sele" (Sloveniya) və “Şerif” (Moldova) klublarıdır.

Qeyd edək ki, "Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu iyulun 10-da, cavab görüşünü isə 17-də keçirəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi