hia.az
hia.az

Çexiya yığmasının futbolçuları Azərbaycanla oyundan danışdılar

585 dəfə baxılıb 11-10-2016, 15:47

Çexiya yığmasının futbolçuları Azərbaycanla oyundan danışdılar“Rəqibimizin 2 oyundan sonra 6 xal qazanacağını bilmirdik”.

parlamentinsesi.az Report-a istinadən xəbər verir ki, bunu Çexiya milli komandasının futbolçusu Patrik Şik Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə yerli jurnalistlərə açıqlamasında deyib.

Hücumçu ikinci pilləyə yaxınlaşmaq üçün qalib gəlmələrinin vacibliyini bildirib.

Onun komanda yoldaşı Filip Novak isə bildirib ki, Çexiya üçün 2 oyundan 1 xal kifayət deyil:

“Biz həvəsdən düşə bilmərik. Oyuna pozitiv əhval-ruhiyyədə köklənməli, qələbə qazanmalıyıq. Fikrimcə, azarkeşlərimiz də kömək edəcəklər və stadionda əla ab-hava yaranacaq”.

Qeyd edək ki, bu gün Ostrava şəhərindəki “Vitkovitse” stadionunda keçiriləcək Çexiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi