hia.az

Bakıda gecə klubunda insident: “Bizi öldürəcəyini dedi”

164 dəfə baxılıb 25-07-2023, 11:08

Bakıda gecə klubunda insident: “Bizi öldürəcəyini dedi”

Bakıda gecə klublarının birində insident baş verib.

Abşeron rayon sakini, 31 yaşlı G.Əhmədova gecə saat 4 radələrində polisə zəng edərək tanışının onu və daha bir neçə nəfəri ölümlə hədələdiyini bildirib.

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən klubdan zəng edən şəxsin sözlərinə görə, orada olan Sadiq adlı şəxs bıçaq götürərək onu və klubda olan digər şəxsləri öldürəcəyini deyib.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. 1987-ci il təvəllüdlü Sadiq Süleymanov saxlanılıb.

Faktla bağlı Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsində araşdırma aparılır.

“Qafqazinfo”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi