hia.az
hia.az

Bakıda şagirdlər arasında bıçaqlanma - DİN araşdırmalara BAŞLADI

242 dəfə baxılıb 19-05-2022, 13:59

Bakıda şagirdlər arasında bıçaqlanma - DİN araşdırmalara BAŞLADI


Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə 9-cu sinif şagirdləri arasında bıçaqlanma olub.

Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

DİN rəsmisi qeyd edib ki, məlumatla bağlı müvafiq ekspertizalar təyin olunub:

"Şəxsi münasibətlər zəminində baş verən hadisədə xəsarət alan xəstəxanaya yerləşdirilib. Fakt üzrə araşdırma aparılır".

Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə şagirdlərin bir-birini bıçaqlaması barədə yayılan xəbərə aydınlıq gətirilib.

Məktəbdən Modern.az-a verilən açıqlamaya görə, VIIIa sinif şagirdinə (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) sanitar qovşaqda IXb sinif şagirdi tərəfindən ayaq və qol nahiyəsindən kəsici alətlə xəsarət yetirilib.

Dərhal təcili tibbi yardıma və polisə məlumat verilib. Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi