hia.az

ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb

12 dəfə baxılıb 13-06-2026, 08:31

ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb

ABŞ prezidenti Donald Tramp hüquq mühafizə orqanlarının onun göstərişi ilə Venesuela ilə koordinasiyalı şəkildə “Tren de Aragua” cinayətkar qrupunun liderinə ölümcül zərbə endirdiyini açıqlayıb.

Tramp bu barədə öz “Truth” hesabında məlumat verib.

"Mənim göstərişimə əsasən, ABŞ Cənub Komandanlığı ildırım zərbəsi endirərək Yer kürəsinin ən qaniçən terror təşkilatlarından biri olan “Tren de Aragua”nın məşhur lideri Nino Qerreronu uğurla öldürüb. Bu, Venesueladakı dostlarımızla sıx koordinasiyada edilib. Onlarla çox yaxşı işləyirik", - Tramp yazıb.

Tramp onu da qeyd edib ki, əvvəllər qruplaşmanı ABŞ-ın terror təşkilatları siyahısına əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi