hia.az

Bəqai: İranla ABŞ arasında yekun razılaşma ilə bağlı hələ nəticə əldə olunmayıb

13 dəfə baxılıb 12-06-2026, 10:03

Bəqai: İranla ABŞ arasında yekun razılaşma ilə bağlı hələ nəticə əldə olunmayıb

İranla ABŞ arasında yekun razılaşma ilə bağlı hələ nəticə əldə olunmayıb.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai dövlət televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, danışıqların gedişi İran üçün əvvəldən aydın olub və yekun mətnin böyük hissəsi razılaşdırılıb. Lakin sonradan ABŞ tərəfi öz mövqeyində dəyişiklik edib.

Bəqai vurğulayıb ki, İran müəyyən etdiyi qırmızı xətlər məsələsində heç bir güzəştə getməyib və razılaşma ilə bağlı yayılan məlumatlar hazırda yalnız ehtimal xarakteri daşıyır.

“Bu məsələ ilə bağlı hələ heç nə yekunlaşmayıb”, - deyə o bildirib.

XİN sözçüsü əlavə edib ki, ABŞ-ın qanunsuz addımları səbəbindən Hörmüz boğazı hələ də bağlı qalır və təhlükəsiz hərəkət təmin edilmədiyi üçün gəmilər ehtiyatlı olmalıdır.

Bəqai həmçinin qeyd edib ki, Qətər və Pakistan tərəflər arasında vasitəçilik missiyasında fəal iştirak edir.

Xatırladaq ki, “Tasnim” agentliyi məlumatlı mənbəyə istinadən bildirmişdi ki, ABŞ-ın 14 maddədən ibarət razılaşma mətninə dəyişiklik etdirmək cəhdləri nəticə verməyib. Agentliyin məlumatına görə, Vaşinqton sonradan Qətər vasitəsilə əlavə düzəlişlərə ehtiyac olmadığını Tehrana çatdırıb.

Bununla belə, sözügedən mətn hələ də İranın aidiyyəti qurumlarında nəzərdən keçirilir və yekun qərar verilməyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi