hia.az

KİV: ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livanda hərbi əməliyyatları davam etdirəcək

11 dəfə baxılıb 15-06-2026, 10:10

KİV: ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livanda hərbi əməliyyatları davam etdirəcək

ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livandan çıxmayacaq və Hizbullaha qarşı əməliyyatlara davam edəcək.

“Ynet”in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla telefon danışığında deyib.

Məlumatlı mənbələr bildirib ki, Netanyahu Trampa İsrail ordusunun Livanda ələ keçirdiyi mövqeləri əlində saxlayacağını və Hizbullaha məxsus infrastrukturun məhv edilməsinə davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, ötən gecə ABŞ və İran arasında əldə olunan razılaşmada müharibənin bütün cəbhələrdə, o cümlədən Livanda da dayandırılması şərti öz əksini tapıb.

Sözügedən razılaşmanın 19 iyun tarixində İsveçrədə imzalanacağı gözlənilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi