hia.az
hia.az

Qadın qardaşı ilə dalaşıb qaçdı, avtobus vurub öldürdü

88 dəfə baxılıb 4-10-2025, 10:00

Qadın qardaşı ilə dalaşıb qaçdı, avtobus vurub öldürdü

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gəncə şəhərində yeni istifadəyə verilən "İsuzu Novociti" marşrut avtobuslarından biri 1985-ci il təvəllüdlü Aytən Nəsirovanı vurub.

Müxtəlif bədən xəsarətləri alan qadın dərhal tibb müəssisəsinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, mərhum hadisədən öncə qardaşı ilə mübahisə edib və ev geyimində avtomobil yolunun hərəkət hissəsinə qaçıb.

Sürücü saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi