“Qarabağ”ın daha 2 rəqibi iştirak ərizəsini UEFA-ya təqdim edib
125 dəfə baxılıb
12-09-2023, 16:12
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri olan Almaniyanın “Bayer” və Norveçin “Molde” komandaları iştirak ərizələrini UEFA-ya təqdim ediblər.
Leverkuzen təmsilçisinin siyahısında 23 futbolçu yer alıb.
“Molde” klubu isə qrup matçları üçün 22 oyunçunun xidmətindən yararlanacaq.