hia.az
hia.az

KİV: Tramp İrandan uranın çıxarılması üzrə əməliyyatı nəzərdən keçirir

2 dəfə baxılıb Bu gün, 08:05

KİV: Tramp İrandan uranın çıxarılması üzrə əməliyyatı nəzərdən keçirir

ABŞ prezidenti Donald Tramp İranda zənginləşdirilmiş uran ehtiyatlarının çıxarılması üçün mümkün nəzərdən keçirir.

Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Məlumata görə, belə bir əməliyyat həyata keçirilərsə, bu, ABŞ quru qoşunlarının bir neçə günlük İrana daxil olmasını nəzərdə tutan mürəkkəb və riskli missiya olacaq.

Qeyd olunur ki, Tramp bu ideyaya ümumilikdə açıqdır, lakin amerikalı hərbçilərin üzləşə biləcəyi riskləri araşdırır və hələlik yekun qərar verməyib.

Nəşrin yazdığına görə, ABŞ lideri eyni zamanda müşavirlərinə İrana təzyiq göstərməyi tapşırıb ki, Tehran münaqişənin dayandırılması şərtlərindən biri kimi təxminən 450 kiloqram zənginləşdirilmiş uranı könüllü şəkildə təhvil versin.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi