hia.az
hia.az

“Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan

92 dəfə baxılıb 3-09-2023, 10:25

“Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərdən danışıb.

O, bu barədə “La Repubblica”ya müsahibəsində söz açıb.

“Rusiyalı tərəfdaşlar tez-tez Qərb ölkələrinin Ermənistan hakimiyyətini Rusiyanı regiondan sıxışdırıb çıxartmağa sövq etdiyini deyirlər. Tarixdə Rusiyanın Cənubi Qafqazı tərk etməsi nümunələri olub. Eyni ssenarinin təkrarlana biləcəyi fikrini doğuran proseslər var. Oyanıb görə bilərik ki, Rusiya Federasiyası artıq regionda deyil... Biz rusiyalı tərəfdaşlarımıza deyirik ki, Rusiya müəyyən addımlar atsa da, atmasa da, bölgəni tərk edir. Bilmirik hansı səbəbdən. Biz ancaq ehtimal edə bilərik. Amma deyə bilərəm ki, bu, bizi narahat edir”, - Paşinyan deyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi