hia.az
hia.az

Ermənilər təcili yardım maşınında silah və mina daşıyır - Kolonun videosu

96 dəfə baxılıb 18-08-2023, 14:25

Ermənilər təcili yardım maşınında silah və mina daşıyır - Kolonun videosu


Avqustun 18-i səhər saatlarında Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşınının müşayiəti ilə Qarabağ iqtisadi rayonunda qeyri-qanuni erməni silahlı birləşmələri və Ermənistan silahlı qüvvələrinin qalıqlarının Xankəndi-Qaybalı-Dükanlar-Xəlfəli marşrutu ilə döyüş mövqelərini gücləndirməsi müşahidə edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, texniki müşahidə vasitələrilə əldə edilən görüntülərdə qanunsuz daşımaların həyata keçirilməsi üçün içərisi silah, döyüş sursatı, eləcə də piyada və tank əleyhinə minalarla dolu təcili tibbi yardım maşınının da kolonda hərəkəti qeydə alınıb.

Qeyd edək ki, ermənilərin bundan əvvəl hava məkanımızdan keçən mülki təyyarələrin uçuşlarının təhlükəsizliyinə ciddi təhdid yaradan REM vasitələri quraşdırmaqla təcili tibbi yardım maşınlarından hərbi məqsədlər üçün istifadə etdiyi də tərəfimizdən qeydə alınmışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi