hia.az

ABŞ Sakit okeanda daha bir gəmiyə zərbə endirib

22 dəfə baxılıb 17-06-2026, 07:42

ABŞ Sakit okeanda daha bir gəmiyə zərbə endirib

ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotik vasitələrin daşınması üçün istifadə edilən gəmiyə zərbə endirib.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində bir narkotacir öldürülüb.

"SOUTHCOM komandanı general Frensis Donovanın göstərişi ilə "Cənub nizəsi" birləşmiş əməliyyat qrupu iyunun 16-da gəmiyə zərbə endirib. Kəşfiyyat məlumatları təsdiqləyib ki, o, Sakit okeanın şərq hissəsində narkotik vasitələrin məlum qaçaqmalçılıq marşrutları ilə hərəkət edirdi və narkotrafik həyata keçirmək üçün istifadə olunurdu", - məlumatda bildirilib.

"Əməliyyat zamanı ABŞ hərbi qulluqçularından heç kim xəsarət almayıb", - SOUTHCOM-dan dəqiqləşdirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi