hia.az
hia.az

Bu gün Binəqədi və Zaqatalanın qaz təchizatında fasilə yaranacaq

107 dəfə baxılıb 15-08-2023, 08:27

Bu gün Binəqədi və Zaqatalanın qaz təchizatında fasilə yaranacaq

Bu gün Binəqədi və Zaqatala rayonlarının bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, S.S.Axundov küçəsində müxtəlif diametrli qaz xətlərinin köçürülməsi, yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar avqustun 15-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu, 7-ci mikrorayonun bir hissəsinin və 3 126-cı məhəllənin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bundan başqa, “Zaqatala” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar “Zaqatala-1 və 2-ci xətt” ölçü qovşağından bu gün saat 9:00-dan qaz təchizatı dayandırılıb.

Qaz təchizatı dayandırılan müddətdə Zaqatala rayonunun mərkəzi daxil olmaqla, Yuxarı Tala, Aşağı Tala, Muxax, Zəyəm, Car, Kebeloba və Çökək kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi