hia.az
hia.az

"Rusiya qidadan silah kimi istifadə edir" - Borrell

73 dəfə baxılıb 3-08-2023, 12:49

"Rusiya qidadan silah kimi istifadə edir" - Borrell


"Rusiya ehtiyacı olan ölkələrə aşağı qiymətə taxıl təklif etməklə yeni asılılıqlar yaradır və qlobal ərzaq təhlükəsizliyinə qarşı oynayır".

Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin inkişaf etməkdə olan 20 ölkənin hökumətlərinə göndərdiyi məktubda deyilir.

"Bütün dünya tədarük problemlərinə və qiymət artımına qarşı mübarizə apararkən, Rusiya ən həssas ölkələrə taxılın aşağı qiymətlərlə satılması üçün ikitərəfli razılaşmalar təklif edir və özünün yaratdığı problemi həll edirmiş kimi görünür", - Borrell bildirib. O, Moskvanın hərəkətlərini “yeməkdən qəsdən yeni aludəçilik yaratmaq üçün silah kimi istifadə edilən rüsvayçılıq siyasəti” adlandırıb.

Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, Aİ ərzaq böhranının qarşısını almaq üçün qəsdən Rusiyanın üçüncü ölkələrə ərzaq tədarükünə sanksiyalar tətbiq etməyib. Lakin bunu Rusiya özü yaradır, “taxıl müqaviləsi”nin müddətini uzatmaqdan imtina edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi