hia.az
hia.az

Gecələr telefonun internetini söndürün – SƏBƏBİNİ ÖYRƏNDİKDƏ...

60 dəfə baxılıb 2-08-2023, 12:00

Gecələr telefonun internetini söndürün – SƏBƏBİNİ ÖYRƏNDİKDƏ...


Müasir dünyanı internetsiz düşünmək çətindir. Biz həm Wi-Fi, həm də mobil internetdən istifadə edərək şəbəkəyə qoşuluruq. Ancaq mütəxəssislər, xüsusən də gecə saatlarında onu söndürməyi məsləhət görürlər. Bəs, bunun səbəbi nədir?

Mobil internet həqiqətən Wi-Fi-a çıxış olmadıqda, xüsusən də qatarlarda, avtobuslarda, yolda və bir çox yerlərdə bizim üçün yardımçı rol oynayır.

Ancaq əksər hallarda istifadəçilər evdə və ya işdə Wi-Fi şəbəkəsindən istifadə edirlər. Bu zaman mobil internet deaktiv edilməlidir. Bu edilmədikdə, cihazınız daim məlumat qəbul edəcək və göndərəcək, məlumatları yeniləyəcək və bununla da şarj səviyyəniz gözlənilmədən azalacaq. Sonda batareyanı dəyişdirməli olacaqsınız, çünki onun ömrü qısalacaq.

Mütəxəssislər həmçinin bildiriblər ki, hər bir smartfonda arxa fonda yeniləmək və ya yeni bildirişlər haqqında məlumat almaq üçün avtomatik olaraq internetə qoşulan bir neçə proqram var. Bu da mobil cihaza pis təsir edir.

Üstəlik, tarif planlarının qiymətləri artır və bir çox gigabayt boş yerə sərf olunur. Buna görə də mobil interneti söndürmək və bununla da onları saxlamaq daha yaxşıdır. Belə ki, simsiz şəbəkəyə çıxışınız yoxdursa, bu yolla internetə daxil ola biləsiniz.

Lent.az


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi