hia.az

Qaxda itkin düşən şəxsin kimliyi bilindi - YENİLƏNİB

127 dəfə baxılıb 26-07-2023, 14:43

Qaxda itkin düşən şəxsin kimliyi bilindi - YENİLƏNİB


Qaxda itkin düşən şəxsin kimliyi müəyyənləşib.

"Unikal"ın məlumatına görə, o, Qax rayon sakini İlisu kənd sakini 1993-cü il təvəllüdlü Kamalov Rəhman Sədrəddin oğludur.

Qyed edək ki, o, iyulun 23-dən itkin düşüb.

Seymur Əli

***

15:02

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qax rayonunun Ağçay kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə naməlum şəraitdə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinin aparılması üçün əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hazırda axtarış-xilasetmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi