hia.az
hia.az

“Gərgin humanitar vəziyyət” iddialarına XİN-dən REAKSİYA

93 dəfə baxılıb 19-07-2023, 08:10

“Gərgin humanitar vəziyyət” iddialarına XİN-dən REAKSİYA


Bölgədə “gərgin humanitar vəziyyət” iddiaları Ermənistanın siyasi avantürası və manipulyasiyasıdır.

Bu barədə Xarici İşlər Nazirliyinin Ermənistanın XİN başçısı Ararat Mirzoyanın Azərbayacana qarşı səsləndirdiyi əsassız iddialara cavabında bildirilib.

Qeyd olunub ki, Azərbaycan tərəfindən təklif olunan Ağdam-Xankəndi yolu vasitəsilə yüklərin daşınmasına qarşı çıxılması iddiaların heç bir əsasının olmadığının nümunəsidir.

Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Laçın buraxılış məntəqəsinin aradan qaldırılması tələbinin yekdilliklə rədd edilməsinə dair 2023-cü il 6 iyul tarixli qərarının Ermənistan tərəfindən təhrif olunması, bununla yanaşı, məntəqəyə qarşı hərbi təxribat törədilməsi, qaçaqmalçılıq cəhdlərinin edilməsi Ermənistanın beynəlxalq norma və prinsiplərə riayət etmək niyyətinin olmadığının göstəricisidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi