hia.az
hia.az

Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib

7 dəfə baxılıb 16-04-2026, 17:04

Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib

Bu ilin yanvar-mart aylarında Azərbaycanda bir istehlakçı orta hesabla ayda 662,1 manat və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 59,8 manat çox vəsait xərcləyib.

Bu ilin yanvar-mart aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 20,4 milyard manat təşkil edib.

Bu göstərici 2025- ci ilin yanvar-mart aylarına nisbətən real ifadədə 4,6 faiz artıb.

Ümumi dəyərin 78,1 faizini pərakəndə ticarət dövriyyəsi, 18,8 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib. Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4,3 faiz artaraq 19,5 milyard manata bərabər olub, onun 43,8 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi