hia.az
hia.az

Zelenski növbəti dayanacağını açıqladı

95 dəfə baxılıb 7-07-2023, 15:48

Zelenski növbəti dayanacağını açıqladı

Ukrayna prezidenti Volodimir Zelenski Şərqi Avropa turnesinin növbəti dayanacağının Slovakiya olacağını açıqlayıb.

O, teleqram kanalında Slovakiya rəhbərliyi ilə bir sıra danışıqlar aparmağa hazırlaşdığını qeyd edib.

“Növbəti dayanacağım Slovakiyadır. Bratislavada prezident Zuzana Çaputova, baş nazir Ludovit Odor, Milli Şuranın sədri Boris Kollar ilə mühüm görüşlər olacaq. Etibarlı qonşumuzla birlikdə konkret müdafiə dəstəyi və Ukraynanın Avro-Atlantik inteqrasiyasından danışacağıq”, - deyə Zelenski yazıb.

Qeyd edək ki, Zelenski Bolqarıstan, Çexiya, Türkiyə səfərlərindən sonra Slovakiyaya gedir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi