hia.az
hia.az

"16 masa da kifayət deyil" - Ərdoğan Kılıçdaroğlunu ələ saldı

92 dəfə baxılıb 21-06-2023, 17:44

"16 masa da kifayət deyil" - Ərdoğan Kılıçdaroğlunu ələ saldı


"Əvvəl 6 masa deyirdi, indi 16 masa deyir".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya TBMM qrup toplantısında müxalif CHP lideri Kamal Kılıçdaroğlunun açıqlamasına cavabında deyib.

Türkiyə lideri bildirib ki, onlar üçün 16 masa da kifayət deyil: "Daha da artırmaq lazımdır. Masada partnyorların təkrarlanması nəticə vermir. Bu insanlara iradə lazımdır. İş istəyir, xidmət istəyir. Yalanla heç bir yerə çata bilməyəcəksiniz.

Qlobal güc mərkəzlərindən yaxşı nəticə əldə etmək üçün LGBT bəlasını qanuniləşdirməyə çalışdınız. Sən də, yanındakılar da LGBT tərəfdarısınız. Amma nə AK Partiyanın, nə MHP-nin, nə də digər üzvlərimizin belə bir problemi yoxdur".

Qeyd edək ki, Kılıçdaroğlu altı yox, lazım olsa 16-lı masa quracağı ilə bağlı açıqlama vermişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi