hia.az
hia.az

Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub

109 dəfə baxılıb 9-06-2023, 10:42

Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub


Hafize Gaye Erkan Türkiyənin Mərkəzi Bankının sədri təyin olunub.

Parlamentinsesi.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb.

1982-ci il təvəllüdlü Hafize Gaye Erkan 2001-ci ildə Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsini bitirib.

Təhsilini ABŞ-da davam etdirən Hafize Gaye Erkan 2005-ci ildə Prinston Universitetində əməliyyat tədqiqatları və maliyyə mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb. Hafize Gaye Erkan Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə iki təlim proqramını bitirmişdir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi