hia.az
hia.az

Bakıda içməli su qıtlığı olacaq? - RƏSMİ

114 dəfə baxılıb 23-05-2023, 16:30

Bakıda içməli su qıtlığı olacaq? - RƏSMİ


Bakı və Bakıətrafı ərazilərdə içməli su qıtlığı olmayacaq.

Bunu “Trend”in sorğusuna cavab olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki. içməli su qıtlığının yaranmaması üçün “Azərsu” ASC kifayət qədər tədbirlər görüb:

“Yay aylarında əhalinin dayanıqlı su təminatının aparılması üçün planlar hazırlanıb. Xətt siyirtmələrinin, nasos stansiyalarının saz vəziyyətdə olması, onların idarə edilməsi, rejimlərin tənzimlənməsini həyata keçirməklə çalışacağıq ki, bütün abonentlərimizi dayanıqlı içməli su ilə təmin edək. Yəni əvvəlki illərin yay aylarında təminat necə olubsa, bu il də Bakı və bakıətrafı ərazilər eyni qaydada içməli su ilə təmin ediləcək”.
A.Cəbrayıllı bildirib ki, əhalinin içməli su ilə təmin edilməsi üçün Kür çayı və Ceyranbatan su anbarında kifayət qədər su ehtiyatı var:

“Düzdür, su ehtiyatları əvvəlki illərdəki kimi deyil, amma əhalinin içməli su təminatına bəs edəcək səviyyədədir”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi