hia.az
hia.az

Naxçıvanda daha bir nazir və müavini İŞDƏN ÇIXARILDI

47 dəfə baxılıb 20-05-2023, 20:00

Naxçıvanda daha bir nazir və müavini İŞDƏN ÇIXARILDI


Naxçıvanın ekologiya və təbii sərvətlər naziri və müavini vəzifəsindən azad edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Mayis Abazər oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri, Bədəl Həsənovun isə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncamlar imzalayıb.

İmzalanan digər sərəncamla Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini təyin edilib. Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də Xanlar Mustafayevə verilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Xanlar Mustafayevi bu gün kollektivə təqdim ediblər.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü Xanlar Mustafayev bu təyinatadək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb, nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini postunu tutub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi