hia.az
hia.az

Fuad Hüseynəliyev: “Ermənistan rəhbərliyi öz ölkəsində tam olaraq hakimiyyətə malik deyil” - VİDEO

89 dəfə baxılıb 11-05-2023, 14:00

Fuad Hüseynəliyev: “Ermənistan rəhbərliyi öz ölkəsində tam olaraq hakimiyyətə malik deyil” - VİDEO

“Ermənistan rəhbərliyi öz ölkəsində tam olaraq hakimiyyətə malik deyil, çünki Ermənistanın hakim elitası hər hansı ciddi qərar qəbul etmək üçün ayrı-ayrı xarici dairələrə, o cümlədən Moskvaya hesabat verməlidir”.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının “Aktualno seqodnya” (“Bu gün aktualdır”) verilişində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında danışıqların növbəti raundunun yekunlarını şərh edərkən deyib.

O, sülhə nail olunmasının Ermənistan üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.

“Laçın yolunda baş verən son hadisələr, sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bununla bağlı məsələ tamamilə həll olunub... Danışıqlar prosesi ətrafında intensivlik ehtiyatlı nikbinliyə də əsas verir”, - F.Hüseynəliyev əlavə edib.
Videokonfrans formatında müzakirələrə Rusiyadan tarix elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru Niyazi Niyazov da qoşulub.

Müzakirələr zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərində səsləndirdiyi bəyanatlara xüsusi yer verilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi